Dünyanın ən gülməli və ən kədərli qısa söhbəti - MƏTN

Dünyanın ən gülməli və ən kədərli qısa söhbəti - <span style="color:red;">MƏTN
2 sentyabr 2016
# 13:03

Kulis.Az Yılmaz Erdoğanın “Otogargara” pyesindən bir hissəni təqdim edir.

- Günaydın, oğlum.

- Günaydın.

- Əlazığ avtobusu gəlməyib?

- Gəlməyib.

- Təşəkkür edirəm.

Bir dəqiqə sonra

- Günaydın, oğlum.

- Günaydın.

- Əlazığ avtobusu gəlməyib?

- Gəlməyib.

- Nə zaman gəldi?

- Gəlmədi, xanım, gəl-mə-di!

- Mən sizi narahat edirəm, deyəsən.

- Yox, niyə ki?

- Ərimlə telefonla danışdım. Dedi, saat ikidə burda olacaq. Mən də qarşılamağa gəlmişəm. Gec gəlsəm, əsəbiləşəcək, damarları şişəcək.

- Necə yəni?

- Çox əsəbləşəndə boyun damarları şişir. Elə bil, uzun hava oxuyur, nəfəsi çatmır.

Bir dəqiqə sonra

- Günaydın, oğlum.

- Günaydın.

- Əlazığ avtobusu gəlməyib?

- Gəlməyib.

- Neçədə gəlib?

- Dörddə

- Neçədə?

- Əlaziğ avtobusu saat dörddə gəlmədi. Biz ikidə gəlməyəcəyini gözləyirdik, amma dörddə gəlmədi.

- İşi var imiş, Əlazığa gedib, Evliliyimizin ilk ayında bir toplantıya çağırdılar, Əlazığa çıxdı. Ərim 29 yaşındadı, uzun boylu, bığlıdır.

Bir dəqiqə sonra

- Günaydın, oğlum.

- Günaydın.

- Əlazığ avtobusu gəlməyib?

- Allah mənə səbr ver.

- Gələcək, bal ayına gedəcəyik. Düzdür, mən Borumda yer tutmuşam, amma o Marmarisi daha çox sevir. Ərim 29 yaşındadı, uzun boylu, bığlıdır.

Bir dəqiqə sonra

- Günaydın, oğlum.

- Günaydın.

- Əlazığ avtobusu gəlməyib?

- Ay xala, nə istəyirsən bizdən? İllərdir bizi vərəmlədirsən. Əlazığ avtobusu gəlməyib. Əlazığ avtobusu gəlməyəcək. Əlazığ avtobusu illər əvvəl qəzaya düşdü. Heç kim xilas olmadı. Hamı öldü. Unut artıq. Artıq heç zaman Əlağız avtobusu gəlməyəcək.

- Haqlısan. Ən yaxşısı Marmarisə getməkdir. Bodrumda yer sifariş verdiyimi bilsə çox əsəbiləşər. Ərim 29 yaşındadır, bığlı, uzun boylu. Bir qaşı daim havadadır. Məni o qaşla ovladı desəm, səhv olmaz.

Bir dəqiqə sonra

- Günaydın, oğlum.

- Əlazığ avtobusu gəlməyib?

- ...

- Nəsə... Boş ver...

# 2235 dəfə oxunub

Müəllifin son yazıları

# # #