Lənkəranın AYB sədri YAZIÇILARIN DAVASINDAN danışdı

Lənkəranın AYB sədri YAZIÇILARIN DAVASINDAN danışdı
8 may 2014
# 11:40

“Hay-küy salan adamlar öz namizədliklərini irəli sürmək istəyirdilər. Amma mən qəbul etmədim”.

Bunu Kulis.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin rəhbəri İltifat Saleh, şair Bilal Alarlının ittihamlarını şərh edərkən deyib.

İltifat Saleh deyib ki, AYB-nin qurultayına nümayəndə seçilməsi üçün keçirilən konfransda 28 nəfər iştirak edib:

“Əslində 40-a yaxın üzvümüz var. Ancaq onların çoxu Bakıda yaşadığından konfransda 28-29 nəfər iştirak edirdi. Gördüm ki, hərənin ağzından bir avaz gəlir, ağsaqqal kimi öz məsləhətlərimi verdim Hər rayondan bir nəfər olmaqla beş nəfər nümayəndə seçdik. Hay-küy salanlar səsvermənin gizli keçirilməsini istəyirdilər. Amma onları başa saldım ki, nizamnamə buna imkan vermir”.

# 2534 dəfə oxunub

Müəllifin son yazıları

# # #