Günün şeiri Zülfüqar Rüfətoğlundan gəldi: “Pəncərə”

Günün şeiri Zülfüqar Rüfətoğlundan gəldi: “Pəncərə”
18 aprel 2019
# 17:20

Kulis.az şair Zülfüqar Rüfətoğlunun “Pəncərə” şeirini təqdim edir.

Neçə dəfə boylanmışdı həyətə,

Bu pəncərə ona çoxdan tanışdı,

Neçə dəfə burda salıb xəlvətə,

Nə vardısa pəncərəyə danışdı.

Dostların da, taleyin də küsəndə,

Ağlamağa bir pəncərə tapılar,

Təsəlliyə qapı olar pəncərə,

Hər tərəfdən bağlananda qapılar.

Pəncərəyə bəzən quşlar qonardı,

Azadlıqda quşlara kim çatar ki,

Ən çətini pəncərəyə qonmaqdı

Ondan sonra quş olmağa nə var ki?

Və o qondu... Aşağıya baxmadı,

Vahimədən gözlərini qırpdı qız,

Bir addımdı cəhənnəmdən cənnətə,

Və son dəfə qanadını çırpdı qız...

# 2652 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #