Şərif Ağayar Laçın məktəbliləri ilə görüşdü - FOTO

Şərif Ağayar Laçın məktəbliləri ilə görüşdü - <span style="color:red;">FOTO
16 may 2017
# 14:05

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “İmzalı görüş” layihəsinin növbəti tədbiri Buzovna qəsəbəsində keçirilib.

Bilik Fondundan Kulis.aza verilən xəbərə görə, Buzovnada məskunlaşmış Laçın rayonu Quşçular tam orta məktəbində təşkil edilmiş imzalı görüşdə yazıçı Şərif Ağayar öz həmyerlilərinin qonağı olub.

Tədbiri məktəbin direktoru Sabir Mirzəyev qonaqları məktəblilərə və müəllimlərə təqdim edib sözü Bilik Fondunun əməkdaşına verib.

Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Şərif Ağayarın yaradıcılığı barədə danışıb. Sonra yazarla oxucuların dialoqu başlayıb. Məktəblilər Şərif Ağayarın yaradıcılığından danışıblar. Onların müxtəlif suallarını cavablandıran yazıçı yeniyetmələrə ədəbiyyatla, mütaliə ilə bağlı məsləhətlərini verib.

Sonda Şərif Ağayar məktəblilərə imzalı kitablarını hədiyyə edib.

# 1426 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #