Narıngül Babayeva: “Narıngül Bayramın ikinci günü” -Ən qısa hekayə

Narıngül Babayeva: “Narıngül Bayramın ikinci günü” -Ən qısa hekayə
18 dekabr 2013
# 00:00

Kulis.Az Narıngül Babayevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Narıngül Bayramın ikinci günü” (497 işarə) hekayəsini təqdim edir.

Başqasıyla evlənməyimizə sayılı günlər qalmış, o, həyatıma daxil olub. Ağıllı rəfiqəm deyir ki, bu bir qəzadır, sənə tuş gəlib, çıxa bilməyəcəksən. Amma ağıllanacaqsan.

Onun dostu isə çox inanclıdır. Deyir ki, hamı tövbə etməlidir. Bayramın ikinci günü qəti qərarımı verirəm. Onun yanına gedəcəyəm!

Xoşbəxtliyim, şövqlə oxuyan cırcıramaların səsinə qarışıb. Telefondan dostunun səsi qırıq-qırıq gəlir: - O, ölüb. Qəzaya uğrayıb.

İnsan qəzanı təkbaşına qarşılayır. Əks halda, bu hərəkət olardı, qəza yox! Özümü mühasirədə hiss edirəm. Ovcumdakı yol biletini möhkəmcə sıxıram.

# 2564 dəfə oxunub

Müəllifin son yazıları

# # #