Min il sonra dünya belə olacaq? - İnanılmaz Faktlar

Min il sonra dünya belə olacaq? - <span style="color:red;">İnanılmaz Faktlar
25 fevral 2019
# 08:21

Üzərində yaşadığımız, yaşamağa çalışdığımız və bəzən bu məsələdə çox uğursuz olduğumuz Yer kürəsi həqiqətən də mükəmməl bir planetdir. Bunun doğruluğunu digər planetlərə nəzər salanda özünüz də təsdiqləyə bilərsiniz.

İngilis fiziki Stiven Xokinq Yer planetində insanlığın yaşaması üçün 600 il qaldığını vurğulamışdı. Müəyyən tədbirlər görülməzsə bu müddət daha da qısala bilər. Əgər biz öz varlığımızı qoruya bilsək onda hər şey çox fərqli olacaq. Bəs nələr fərqli olacaq?

1. İnsan ömrü min ilə qədər uzana bilər.

Milyarderlər, qocalmağı tamamilə ləngidən və ya dayandıran tədqiqatlara milyonlarla dollar sərmayə qoyurlar. 1000 il ərzində tibb işçiləri toxumaların qocalmasına səbəb olan çıxış yolu tapa bilərlər. Bu çıxış tolu genlərimizə potensial olaraq nəzarət olunmasına və insanları bilinən hər bir xəstəliyə qarşı immunitet qazanmasına kömək etmiş olar.

2. Başqa planetə köçəcəyik.

1000 il sonra bəşəriyyətin həyatda qalmasının yeganə yolu kosmosda olan başqa bir planetə köçməkdir.

"Space-X" Marsda özülü güclü olan şəhərlər inşa edərək insanları kosmos sivilizasiyasına uyğun hala gətirməkdə israrlıdır. Şirkətin təsisçisi İlon Mask 2022-ci ildə ilk kosmos uçuş vasitəsinin Marsa göndəriləcəyini və 2024-cü ilə qədər 4 sərnişinli nəqliyyatın marsa yola çıxa biləcəyini söyləyir.

3. Hamımız eyni formada görünəcəyik

İnsanlar daha böyük alın, burun dəlikləri, gözlərə və homogen oxşar rənglərə sahib olacaqlar. Elm adamları onsuz da insanların zahiri görünüşlərini bir-birindən ayıran genləri qaydasına salmaq için müəyyən işlər görürlər. Gələcəyin valideynləri uşaqlarının zahiri görünüşlərini seçə bilmək fürsəti əldə edəcəklər.

4. Yüksək sürətlə düşünən ağıllı bilgisayar dövründə olacağıq.

2014-cü ildə insan beyninə ən yaxın simulyasiya qabiliyyəti olan ilk kompüter icad etdi. 1000 il sonra kompüterlərin insan beyninin hərəkət sürətinə çatdığı və hətta onu ötüb keçdiyi bir mühit təsəvvür edin.

Bu gün kvant kompüterləri daha təsirli dərmanlar və diaqnozlar inkişaf etdirməyə, sahə tədqiqatları aparmağa başlayıblar. Onlar öyrənirlər. Eyni zamanda kvant hesablamaları məxfilik və informasiya təhlükəsizliyi üçün real təhlükələr yaradır.

5. Kiber insan dövründə yaşayacağıq

Avtomobillər bu gün belə insanların eşitmə və görmə səviyyələrini artıra bilirlər. Elm adamları və mühəndislər görmə qüsuru olan insanlara yardım etmək üçün bionik gözlər inkişaf etdirirlər. Bundan sonrakı 1000 il ərzində bəşəriyyətin süni zəka ilə rəqabət olunmasının yeganə yolu texnologiya ilə birləşmək ola bilər.

6. Kütləvi yox olmalar başlayacaq

Son kütləvi yox olma dinozavrların kökünü kəsdi. Yaxın tədqiqatlar göstərir ki, 1000 il sonra növlər üçün yox olma nisbətinin insan təsiri olmadan normadan 100 qat daha çox olacaq.

Bəzi elm adamlarına görə insan əhalisinin mərhələli olaraq azalması, mədəniyyətin davam etməsinə yardımçı ola bilər. Yəni kütləvi qırğınlar etmək, şüurlu olaraq xəstəlik epidemiyalarını çoxaltmaq və s.

7. Hamımız eyni dildə danışacağıq

Bütün bunlar baş verərkən həyatın əsasını təşkil edən insan əlaqələri universal bir dil çərçivəsində inkişaf edəcək. Dilçilər bundan 100 il sonra köç səbəbiylə dillerin 90 faizinin yox olacağını və yaşayan dillərin də sadələşdiriləcəyini qeyd edirlər.

8. Virtual tikililər olacaq

Gələcəkdə insanlar ətraflarında virtual bir dünya yarada bilərlər. Bu virtual lakin son dərəcə realist fikir Doktor Hall tərəfindən ortaya atılıb. İstənilən şəkli yarada bilən trilyonlarla mikroskopik robot düşünün. Bu robotlar boş qalanda havada süzə biləcəklər və insan həyatına maneə olmayacaqlar.

9. Nano texnologiyası enerji və çirklilik böhranını həll edəcək

1000 il sonra, nanotexnologiyalar ekoloji zərərləri silə, su və havanı təmizləyəcək və Günəşin enerjisini ən kiçik zərrəsinə qədər qiymətləndirə biləcəkləri nöqtəyə çatacaqlar.

# 1421 dəfə oxunub

Müəllifin son yazıları

# # #