Kişilər əlləriylə, qadınlar ayaqlarıyla... - ŞEİR

Kişilər əlləriylə, qadınlar ayaqlarıyla... - ŞEİR
14 yanvar 2016
# 10:05

Kulis gənc şair Saqif Zeynalın şeirini təqdim edir.

Bu gecə göy üzü bulud,

Bu gecə zülmət havalı.

İçimdə baş qaldırır nələr…

Ruhum hər şeyə davalı.

Bu gecə yatağım soyuq,

Bir gəlib alsan məni -

Bu vəhşi hicranın pəncəsindən.

Bu gecə mən də buzam,

Sallanıram yatağımın pəncərəsindən…

Dünya düşür gözümdən,

Boşalan qadın döşləri kimi.

Məncə ən ağır faciədir

Kişi əllərində ölüb

Qadın sinəsində dəfin olunan döşlər…

Bir qucaq ölüm gəzdirir

Döşləri ölən qadınlar.

Kişilər çiyinlərindən,

Qadınlar ayaqlarından asılır,

Belə olur edamlar…

Kişilər qadın bədənində dolaşan əlləri ilə,

Qadınlar kişi çiyinlərindən

Yellənən ayaqları ilə əl edirlər dünyaya…

Bu gecə göy yerə yaxın,

Buludlar yerə töküləcək.

Axşam islanan göylərdən

Yenə dan yeri söküləcək…

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #