Aprelin 12-i saat 12-də AYB-nin Natəvan klubunda tanınmış tənqidçi-ədəbiyyatşünas, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının kitablarının təqdimatı olacaq.
N.Cabbarlının Kulis.az-a verdiyi xəbərə görə, tədbirin orijinallığı bundan ibarətdir ki, müəllifin ərsəyə gətirdiyi 20 kitabın hamısı oxuculara təqdim olunacaq.
Xatırladaq ki, bu siyahıya Nərgiz xanımın məşhur “Yeni nəsil ədəbiyyatı”, “Ədəbiyyatdan intihara”, “Axundzadə şəxsiyyəti”, tərcümə etdiyi kitablardan Luis Sinklerin “Seçilmiş əsərləri”, Rünoske Akutaqavanın “Seçilmiş əsərləri”, Günter Qrassın “Mənim yüzilliyim”, Marsel Prustun “Svana doğru” və digər kitablar daxildir.
- Pulitzer mükafatlı yazıçı vəfat etdi
- YUĞ teatrında növbəti istefa - QALMAQAL
- Mirzə Cəlilin məşhur pyesindən 16+ tamaşa hazırlanıb
Maraqlananlar tədbirdə iştirak edə bilərlər.