"Qızıl Kəlmə"yə əsər qəbulu başlandı - Şərtlər

"Qızıl Kəlmə"yə əsər qəbulu başlandı - <span style="color:red;">Şərtlər
1 avqust 2018
# 14:48

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulunu elan edib.

Bu barədə Kulis.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Mükafata son 2 ildə kitab və ya jurnalda çap edilmiş nəsr (roman, povest, hekayə və hekayələr silsiləsi), poeziya (poema, şeirlər və mahnı mətnləri) janrında əsərlər, tənqid, ədəbiyyatşünaslıq və publisistika, orijinaldan bədii tərcümə əsərləri, uşaqlar üçün yazılmış bədii əsərlər qəbul olunur.

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Iki ildən bir may ayının ilk ongünlüyündə təqdim olunan “Qızıl kəlmə”mükafatı rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

İşlər 2018-ci il avqust ayının 1-dən 2019-cu il mart ayının 29-unadək Mədəniyyət Nazirliyinə təqdim olunmalıdır.

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #