[b]Mövludu xatırlayarkən – Anar Amin yazır[/b]

[b]Mövludu xatırlayarkən – Anar Amin yazır[/b]
16 mart 2018
# 15:35

Bəşər... yeriyəndən arxadan gələn,

qabaqda gedənin izin öldürür...

Bu, onun, o, bunun sözünü kəsir, –

o, bunun, bu, onun sözün öldürür...

Hərənin alnına bir tale yazan,

görən neyləyəcək bu qarda azan?...

Qazanmaq çətindi, itirmək asan;

bir günah savabın yüzün öldürür...

...Göllər buz bağlayıb, yatıb, bu qışda,

ayı mağarada, dələ koğuşda...

Bu əsən külək də, yağan... yağış da,

o yanan ocağın közün öldürür...

...Nə sirr var bu sönən ocaqda, nə sirr?!

Adamlar başına yığışır bir-bir...

Dünyanı dərk edən yaşaya bilmir –

dünyanı dərk edən özün öldürür...

# 1508 dəfə oxunub

Müəllifin son yazıları

# # #