Ona qulaqburması verin! – Anara AÇIQ MƏKTUB

Ona qulaqburması verin! – <span style="color:red;">Anara AÇIQ MƏKTUB
4 dekabr 2017
# 12:12

Kulis.az yazıçı Vaqif Nəsibin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara yazdığı açıq məktubu təqdim edir.

Ön illər xeyirxahım,

Son illər şərxahım Anara

“Azərbaycan” jurnalının baş redaktoru İntiqamın özümə aid bir qara andını eşitdim və hisinə boyandım: nə qədər mən burdayam daha Vaqif Nəsib çap üzü görməyəcək!

Bunu “Dədəm mənə kor dedi...” üstünə yozmadım. Vaxtilə həmin jurnalda həm şair, həm tərcüməçi kimi özünü təsdiq eyləmiş Böyükağa Qasımzadə ədəbi işçiliyi ilə o zamanlar oğlundan daha ədəbli idi. Biz, o vaxtın gənc şairlərinə qayğı ilə yanaşır, köməyini əsirgəmirdi.

Image result for anar rzayev

Andından sonra bu yarımçıq şair, alim, tərcüməçi və s. həm yazıçı, həm alim Elçinin müsbət qiymətləndirdiyi yazılarımı çap eləmədi. (Qeydiyyatdan keçirib təqdim etsəm də, cavab verməyi də lazım bilmədi).

Hərəkətini “Burda mənəm, Bağdadda kor xəlifə” tərəfə yozuram. Güvəndiyi Bağdaddakı kor xəlifə deyil, Yazıçılar Birliyindəki çeşməkli havadarı olduğundan Sizə müraciət edirəm. Ona, mənə görə qulluqburması verməyinizə inanmıram. Heç olmazsa qulaqburması verin, başa salın ki, redaksiya heyətli jurnalda (Həm də ona qədər Azərbaycanın ən məşhur yazıçı və tənqidçiləri baş redaktorluq etmiş məcmuədə) belə davranışlara yol vermək olmaz!

Ön illərə görə hörmətlə,

Son illərə görə hörmətsizliklə,

Vaqif Nəsib Sarıhüseynoğlu

# 1072 dəfə oxunub

Müəllifin son yazıları

# # #