PEN klubun fəaliyyətindən razısınızmı? – SORĞU

PEN klubun fəaliyyətindən razısınızmı? – <span style="color:red;">SORĞU
20 may 2016
# 12:18

Şərif Ağayar müsahibəsində Pen klub Azərbaycanın fəaliyyətini tənqid edən fikirlər səsləndirib. Pen klub Azərbaycanın rəhbəri Çingiz Abdullayev isə öz növbəsində müraciət yayaraq Şərif Ağayarın itithamlarını əsassız hesab edib. Kulis.az məsələ ilə bağlı yazıçılar arasında “Pen klubun fəaliyyətindən razısızmı?” adlı sorğu keçirib. Sorğunu təqdim edirik.

Seyran Səxavət: Eşitmişəm ki, elə bir təşkilat var. Amma nədir, nə deyil, heç vaxt o təşkilatla konktaktda olmadığıma görə varlığından xəbərim olmayıb. İndi sən dedin bildim ki, Çingiz Abdullayev PEN Klubun rəhbəridir. Bundan sonra hüququmuz pozulanda Çingiz Abdullayevə müraciət edərik.

Rasim Qaraca: Söhbət mərkəzi Londonda yerləşən Beynəlxalq PEN-dən (PEN İnternational) gedirsə, 90-cı illərdə bu təşkilatın Bakı bürosu yaradılmışdı, tərkibi 3 nəfərdən ibarət idi: Maqsud İbrahimbəyov, Vaqif Səmədoğlu, Çingiz Abdullayev. Məqsədi dünyadakı yazıçıların həmrəyliyini təmin etmək olan və 1921-ci ildə Con Qolsuorsi tərəfindən qurulan bu təşkilatın Bakı ofisi onun əsas prinsiplərinə əməl etmədiyinə, həbs olunan yazıçıları müdafiə etmədiyinə görə 2012-ci ildə fəaliyyətinə xitam verilib, bu dərdə dözməyərək Bakı təmsilçiliyinin iki üzvü dünyasını dəyişib. Beynəlxalq PEN-in dünya ölkələrində 100-ə yaxın təmsilçiliyi var, hal-hazırda Bakı təmsilçiliyi mövcud deyil. Bir neçə il əvvəl Bakı təmsilçiliyinin təşkil olunması mənə həvalə olunsa da buna zamanım və həvəsim olmayıb...

Zahir Əzəmət: Çox yüksək qiymətləndirirəm. Ötən il pambıq yığımında göstərdikləri şücaət və dəyanətləri zəhmətkeş uca millətimizin dərin yaddaşında səmimi hisslər oyatmış, qəlbini riqqətə, zehnini hikmətə, Çingizi Fikrətə gətirmişdir. Eşq olsun!

# 1115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #