Sevәrәm -­ itlәr anlar mәni YENİ ŞEİRLƏR

Sevәrәm -­ itlәr anlar mәni <span style="color:red;">YENİ ŞEİRLƏR
4 sentyabr 2014
# 10:37

Kulis.Az gənc şair Hikmәt Carçılı Orhunun yeni şeirlərini təqdim edir

***

mәn qәrib adamam qәrib

evim-eşiyim barım-barxanam olmağına baxma sәn

gecәlәri küçәlәrdә yatıram darıxdığımdan

tәzә doğulmuş küçüklәr ağzımı burnumu yalayır

gündüzlәri pay torpaqlarında

tәzә biçilmiş ot tayalarının üstündә xumarlanıram

qarışqalar daraşır üstümә

axşamları mәsciddә mollanın söhbәtlәrinә qulaq asıram

adәmdәn hәvvadan mәryәm anadan isadan axirәtdәn

o qәdәr maraqlı danışır ki iş-güc olanda

mәni adam yerinә basıb işlәtdiyindәn xәbәrim olmur

mәn qәrib adamam

evim eşiyim zil düzәn olmağına baxma sәn

mәn kimi kimsәsi olmayan adamam kimi kimsәsi

atam-anam qardaşım-bacım olmağına baxma sәn

bәzәn heç tanımadığım birinә ata deyib bığlarına gülürәm

pişik kimi şırmanıb üstünә atılmaq istәyirәm

ayağı sürüşkәn arvadını anam yerindә görürәm

uzun saçlarını sığallayıb qara gözlәrindәn öpüb doya doya

başımı çiyninә söykәyirәm

qızına bacı deyirәm oğluna qardaş

mәn kimi-kimsәsi olmayan adamam

atamın-anamın sağ olmağına baxma sәn

mәn çox bekar adam çox bekar

çox da çocuqların qocaların

ataların ağlamağına dözә bilmirәm

çox da önümә gәlәn adama sevgimi paylayıram

gülәrüz mehriban rәhmdil insantәrәfi olmağıma baxma sәn

ummadığın anda qaşım-qabağım tutular bulud kimi

ummadığın anda üzüm dönәr bәşәriyyәtә

aldanma insan-insan baxışlarıma içim-dışım bilinmәz

heç gözlәmәdiyin anda bir qoca ağlada bilәrәm

bir çocuq öldürә bilәrәm matın-qutun quruyar

mәn çox bekar adamam

gülәrüz rәhmdil olmağıma baxma sәn

***

Oturub bir köşәdә,

siqaretlәri ard­arda calayırsan ­

yoxsulluq sıxıb içini.

çıxış yoxmu, bu halәtdәn?

yoxmuş, әfәndim, yoxmuş..

Yahu, hardan olsun,

nә sevgili var dәrdini anlayacaq,

nә para var әlindәn tutacaq,

nә o paranı qazandıracaq iş...

günü­gündәn solur

bәtin­bәnizin

Yahu, necә solmasın

nә günәş var içini qızındıracaq...

soyuq araq butulkaları yan­yana...

***

sevәrәm ­

itlәr anlar mәni.

nifrәt edәrәm ­

pişiklәr anlar mәni.

gülәrәm ­

meymunlar anlar mәni.

ağlaram ­

bayquşlar anlar mәni.

oyaq qalaram ­

yarasalar anlar mәni.

yataram ­

ayılar anlar mәni.

doğularam ­

günәş anlar mәni.

ölәrәm ­

ay anlar mәni.

tәk olmaq istәrәm ­

allah anlar mәni.

# 3236 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #