Vaqif Səmədoğlunun dəlixanadan YAZDIĞI ŞEİR

Vaqif Səmədoğlunun dəlixanadan <span style="color:red;">YAZDIĞI ŞEİR
30 iyul 2017
# 14:01

Kulis.az “Bazar oxusu” layihəsindən Vaqif Səmədoğlunun “Əlin sınaydı, sanitar” şeirini təqdim edir.

Əlin sınaydı, sanitar,

O qızı döydüyün yerdə,

Yumruğunla qız üzündə

Anamı söydüyün yerdə.

O qız sənin gözlərinlə

O ağaca baxmamışdı,

O qız o gün o ağaca

Elə-belə çıxmamışdı...

O qız çılpaq çinarın da

Başında hava görmüşdü,

Allahın atıb getdiyi,

Boş qalmış yuva görmüşdü...

Sən o qızı döyən zaman,

Açılmamış güllər soldu,

Dəlixana həyətində

Bir ağac da dəli oldu...

Xışıldadı yer üzünün,

Ən əlacsız yarpaqları,

Dəlixana divarını

Öpdü çinar budaqları...

1982

# 2419 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #