Zəlimxan Yqubdan dillər əzbəri SEVGİ ŞEİRİ

Zəlimxan Yqubdan dillər əzbəri <span style="color:red;">SEVGİ ŞEİRİ
25 iyun 2017
# 14:00

Kulis.az “Bazar oxusu” layihəsindən Zəlimxan Yaqubun “Yavaş yeri” şeirini təqdim edir.

Ay bulaq başına tələsən gözəl,

Ağlımı başımdan al, yavaş yeri.

Tərpənər yerindən dağların mehi,

Sürüşər başından şal, yavaş yeri.

Ötüşən aylara, illərə yalvar,

Gəzməyə nə qədər çiçəkli yal var.

Laləyə bənzəmə, bağrında xal var,

Düşməsin bağrına xal, yavaş yeri.

Zəlimxan özünü bəxtəvər sayır,

Sənin şöhrətini aləmə yayır.

Qara saçlarından üçcə tel ayır,

Sevdiyim havanı çal, yavaş yeri.

Layihənin digər yazıları:

Vaqif Bayatlının şedevri

Ramiz Rövşənin 20 ilə tamamladığı sevgi şeiri

Nüsrət Kəsəmənlinin "Getmək istəyirtsən..." şeiri

Nəriman Həsənzadənin “Nə qəribədir” şeiri

Musa Yaqubun “Taleyin qisməti” şeiri

Əlisəmid Kürün “Kentavr” şeiri

Salam Sarvanın “Bağışla, otağim tör-toküntüdü” şeiri

Zəlimxan Yaqubun “Yavaş yeri” şeiri

# 5594 dəfə oxunub

Müəllifin son yazıları

# # #