Çəkil, çəkil, ey qəsbkar! – AZADLIQ ŞEİRİ

Çəkil, çəkil, ey qəsbkar! – <span style="color:red;">AZADLIQ ŞEİRİ
28 may 2017
# 11:00

Kulis.az 28 May – Respublika Günü münasibəti ilə Xəlil Rza Ulutürkün “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!” şeirini təqdim edir.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb gibi, dərman gibi

İstəyirəm

SƏMA gibi,

GÜNƏŞ gibi,

CAHAN gibi!

Çəkil, çəkil, ey qəsbkar,

mən bu əsrin gur səsiyəm!

Gərək deyil sısqa bulaq,

Mən ümmanlar təşnəsiyəm!!!

# 6287 dəfə oxunub

Müəllifin son yazıları

# # #