Yevtuşenko harda dəfn olunacaq? – VƏSİYYƏT

Yevtuşenko harda dəfn olunacaq? – <span style="color:red;">VƏSİYYƏT
3 aprel 2017
# 10:08

Xəbər verdiyimiz kimi, məşhur sovet və Rusiya şairi Yevgeni Yevtuşenko 85 yaşında vəfat edib.

Dostu Mixail Morqilisin dediyinə görə, Yevtuşenko ağır vəziyyətdə xəstəxanaya çatdırılandan 5 dəqiqə sonra dünyasını dəyişib. O, 6 il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, Yevtuşenko dünyasını dəyişərkən ailəsi də yanında olub. Oğlu atasının son anlarını belə xatlırlayıb: "Atam ağrısız getdi... Ölümünə az qalmış onu qucaqlamışdım, qollarımın arasındaydı. Atam başa düşmüşdü ki, hamı onu sevir..."

Yevtuşenko 1991-ci ildən Amerikada yaşayırdı. Onun nəşi Moskvaya, Peredelkinoya gətiriləcək və dəfn mərasimi öz doğma vətənində olacaq.

Yevgeni Yevtuşenko Boris Pasternakın yanında dəfn olunmağı vəsiyyət edib.

# 901 dəfə oxunub

Müəllifin son yazıları

# # #