Səlim Babullaoğlu: “O, Çingiz Abdullayevi tanımaya da bilər”

Səlim Babullaoğlu: <span style="color:red;">“O, Çingiz Abdullayevi tanımaya da bilər”
11 sentyabr 2015
# 13:54

“PEN-İnternasionalın şöbələr və komitələr rəhbəri Pol Fineqanın Çingiz Abdullayevi tanıyıb-tanımaması məsələsi önəmli deyil.” Bu sözləri Kulisə açıqlamasında şair Səlim Babullaoğlu deyib.

O, bildirib ki, Çingiz Abdullayev dünyaca tanınmış nüfuzlu detektiv ustasıdır. Finnegan kimisə tanıya da bilər, tanımaya da bilər: “Elə biz də Finneqan adını Coysun romanından bilirik. Özümüzü kiçik görmək kompleksindən qurtarmaq lazımdı. Və bildiyim qədər hər hansı milli PEN mərkəzi PEN İnternationalın filialı, yaxud alt strukturu deyil. Əgər yanılmıramsa milli PEN-lər PEN İnternationalla konfederativ və bərabərhüquqlu əsasda əməkdaşlıq edirlər. Orda qeydiyyatdan keçə bilərlər. Bizim PEN bunu edirmi, etmirmi? Bilmirəm. Yəni, deməyim odur ki, eləyə də bilər, eləməyə də bilər. Bu məsələni şişirtməyə dəyməz.”

Şair Səlim Babullaoğlu PEN-in tarixində milli PEN-lər, yazıçılar arasında bir çox məsələlərə, o cümlədən siyasi məsələlərə, insan haqları məsələsinə, müharibələr probleminə fərqli baxış və ziddiyyətlərin həmişə olduğunu deyib: “Amma Fərid Hüseynlə Şəhriyar del Geraninin tutulması məsələsi ilə bağlı bir vacib qeydi deməliyəm. Bunu ilk dəfədir deyirəm. Mən Mərkəzi Asiya ölkələri PEN Mərkəzinin xeyli vaxtdır ki, üzvüyəm. O vaxt həbs məsələsinin ilk günü mən öz adımdan İranın ali dini və siyasi rəhbərliyinə müraciət ünvanladım. Eyni zamanda Polşa PEN təşkilatının prezidenti Adam Pomorskiyə, Bişkek PEN təşkiltaının sədri Dlamira Tilepbergenovaya və Türkiyə PEN Mərkəzinin başqanı Tarık Günerselə (Yeşim Ağaoğlu vasitəsilə) müraciət elədim ki, bu məsələdə həmrəylik göstərsinlər. Onların arasında ümumi müraciəti imzalayanlarla yanaşı PEN İnternational-a müraiət edənlər də oldu. Adam Pomorski mənim göndərdiyim müraciəti ingilis dilinə çevirib Mərkəzi Pen-ə göndərdi.”

Səlim Babullaoğlu Çingiz Abdullayevin rəhbərlik etdiyi PEN-in də İranda həbs edilən şairlərin azad edilməsi məsələsində xeyli aktivlik göstərdiyini vurğulayıb: “Ümumiyyətlə, Fəridgilin məsələsində dediyim adamlardan başqa Özbəkistandan, Ukraynadan, Rusiyadan, Gürcüstandan da dəstək verənlər oldu, müraciəti imzaladılar....”

# 1401 dəfə oxunub

Müəllifin son yazıları

# # #