Çiynim tab gətirərmi bu ağır xəcalətə? ŞEİR

Çiynim tab gətirərmi bu ağır xəcalətə? <span style="color:red;">ŞEİR
26 avqust 2015
# 15:57

Kulis Zülfüqar Rüfətoğlunun tərcüməsində Redyard Kiplinqin “Qorxu” şeirini təqdim edir.

Məni döyüşdən əvvəl

Bircə şeydi qorxudan

Döyüşlər qurtaranda

Birdən bəlli olsa ki,

Təkcə mənəm sağ qalan.

Birdən bəlli olsa ki,

Hələ mən qılıncımı

Çıxarmamış qınından

Bütün dostlarım keçib

Mənimçün öz canından.

Birdən məlum olsa ki,

Təkcə mənəm sağ qalan

Çiynim tab gətirərmi

Bu ağır xəcalətə?

Kim inanar, axı kim

“Satqın deyiləm” - deyə

Verdiyim şəhadətə?..

oxuzali.az

# 1061 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #