Fərid Hüseyn işdən niyə çıxarılıb? MÖVQELƏR

Fərid Hüseyn işdən niyə çıxarılıb? <span style="color:red;">MÖVQELƏR
1 iyul 2015
# 11:49

Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseyn işdən çıxarılıb.

Fərid Hüseyn aznews.az-a xəbəri təsdiq etsə də əlavə məlumat verməyib. Aznews.az-ın yazdığına görə Fərid Hüseyn Elbrus Ərudun kitabı haqda yazısı və Lent.az-a verdiyi müsahibəsində AYB sədri Anarla bağlı müsbət fikirlərinə görə işdən çıxarılıb.

Mərkəzin Aparat rəhbəri, yazıçı Yaşar Əliyev Kulisə açıqlamasında Fərid Hüseynlə bağlı yayılan məlumatları cəfəngiyyat adlandırıb: “Fərid Hüseyn işinin öhdəsindən gələ bilmirdi. Buna görə ona rəhbərlik tərəfindən dəfələrlə irad tutulub. Özü də bu iradlarla razı idi. İşini axıracan yerinə yetirməyi bacarmırdı. Ona görə ərizəsini yazaraq çıxdı”.

Fərid Hüseyn isə Kulisə açıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

# # #