AYB-dən istefa məsələsinə növbəti REAKSİYA

AYB-dən istefa məsələsinə növbəti REAKSİYA
12 iyun 2014
# 14:18

Tanınmış yazıçı, tərcüməçi, kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Nəriman Əbdülrəhmanlının birlik üzvlüyündən və orada tutduğu bütün vəzifələrdən istefa verməsinə AYB-dən reaksiya gəlib.

Qurumun gənclər üzrə katibi Rəşad Məcid “Qafqazinfo”ya açıqlamasında yazıçının istefa verməsinin səbəbini başa düşmədiyini vurğulayıb:

“Nəriman Əbdülrəhmanlı gözləyərdi qurultay keçirilərdi, daha sonra istefa verərdi. O zaman daha çox hay-küy yaradardı. Nəriman Əbdülrəhmanlını öz işi ilə məşğul olan nasir kimi tanıyıram, o, təmkinli adamdır. Bu addımının səbəbini başa düşmürəm. AYB-də yerlibazlıq olduğu haqda səsləndirdiyi fikirləri də anlamıram. Orada hansı yerlibazlıq ola bilər? Nərimana münasibət həmişə yaxşı olub, İdarə Heyətinin üzvü idi. Buna görə niyə belə hərəkət etdiyini başa düşmürəm. Məncə, Nəriman qurultay nümayəndəsidir. Əgər qurultayla bağlı narazılığı vardısa, qurultayda deyərdi. Qurultaya az qalmış istefa verməsini başa düşə bilmirəm”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin qurultay nümayəndələrinin siyahısı iyunun 13-ü açıqlanacaq.

# 1705 dəfə oxunub

Müəllifin son yazıları

# # #