“Xalqın Şairi” verilişindən xəbər var: “Ev də olacaq...”

“Xalqın Şairi” verilişindən xəbər var: “Ev də olacaq...”
2 aprel 2018
# 13:22

“Ev də olacaq, final da” – bunu Kulis.aza açıqlamasında “Xalqın şairi” layihəsinin rəhbəri Mübariz Əsgərov deyib.

Xatırladaq ki, Keçən ildən ARB telekanalında yayımlanan və böyük maraq doğuran “Xalqın şairi” verilişinin finalı yaxınlaşmaqdadır. Sonuncu verilişdə mart ayında qaliblərin bəlli olacağı açıqlansa da, hələ ki, final gecikir. Bu gecikmə müxtəlif reaksiyalara, narazılıqlara səbəb olub. Bir çoxları hesab edir ki, “Xalqın şair”ində vəd edilən ev mükafatı verilməyəcək.

Mübariz Əsgərov bütün söz söhbətlərə son qoyub. Onun sözlərinə görə, vəd olunan hər şey reallaşacaq:

“Bəzi söz-söhbətlər gəzir ortada. Bunlar əsası olmayan fikirlərdi. Ev yerinə maşın verəcəklər deyirlər. Belə bir şey yoxdu. Hər şey yaxşı olacaq. Ev də olacaq, final da...”

Finalın gecikməyinə isə məşhur teleaparıcı belə cavab verib:

“Səbəblər çoxdu. Məndən asılı olmayan səbəblərdi. Ancaq final olacaq. Özü də çox möhtəşəm final olacaq. Vaxtını isə dəqiq deyə bilməyəcəm. Yaxın zamanda yəqin ki...”

# 1111 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #