Gürcü alim Füzulidən kitab yazdı - NƏŞR

Gürcü alim Füzulidən kitab yazdı - NƏŞR
23 iyun 2017
# 10:44

Görkəmli gürcü alimi, akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Azərbaycanda ilk dəfə nəşr edilib.

Kulis.azın akademiyanın saytına istinadən vediyi xəbərə görə, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitaba “Akademik Elizbar Cavalidzenin Füzulinaməsinə” adlı esse janrında ön söz yazıb. Alim ənənəvi ön söz formatından fərqli şəkildə, poetik üslubda Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin dünəni, müasir inkişafı, əsas simaları və gələcək perspektivlərini səciyyələndirib.

Qeyd edək ki, E.Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsərdir.

Yeni nəşr professor Bədirxan Əhmədovun elmi redaktorluğu və Mirzə Məmmədoğlunun tərcüməsində oxuculara təqdim edilir.

# 978 dəfə oxunub

Müəllifin son yazıları

# # #