“Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb

“Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb
3 may 2017
# 15:24

Azərbaycan Respublikası Nazirlər Komitəsi yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb.

Kitabçada yolda, məişətdə, görüş, ilkin tanışlıq zamanı istifadə olunan söz və ifadələr “Şəhərdə”, “Mehmanxanada”, “Sərhəddə”, “Vağzal”, “Restoranda”, “Bərbərxana”, “Kino, hobbi və istirahət”, “Park və zoopark”, “Çimərlik və dəniz gəzintisi”, “Alış-veriş və xidmətlər”, “Əlaqə vasitələri”, “Tibbi yardım”, “Təqvim”, “İdman”, “Polis”, “Valyutadəyişmə” kimi tematik bölümlər üzrə qruplaşdırılmaqla yanaşı, sonda hər mövzuya uyğun lüğət yer alıb.

Vəsaitin tərtibçisi Şahin Ələsgərov, redaktorları Yaşar Əliyev və Əhməd Sami Elaydidir.

# 1190 dəfə oxunub

Müəllifin son yazıları

# # #