“Mühacirlərin həyatı” kitabının Parisdə təqdimatı olub - Fotolar

 “Mühacirlərin həyatı” kitabının Parisdə təqdimatı olub - Fotolar
7 sentyabr 2019
# 12:59

Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitabının Parisdə Azərbaycan Səfirliyinin Mədəniyyət evində təqdimatı olub.

Kulis.az xəbər verir ki, “Kəpəz” nəşriyyatında çap olunan kitab fransız dilində işıq üzü görüb. Kitabda müəllifin xatirələri toplanıb.

Kitabın təqdimatında “Kəpəz” nəşriyyatının idarə heyətinin üzvləri, Komitə sədri Fuad Muradov, Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Fransada yaşayan tanınmış diaspor nümayəndələri olan Dilbadi Qasımov, Nicat Kazımov, Jan Emmanuel Medina kitab barədə fikirlərini bildiriblər. Onlar “Mühacirlərin həyatı” kitabının Azərbycan diasporu ilə Fransız cəmiyyəti arasında körpü rolu oynayacağını vurğulayıblar.

Qeyd edək ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunub.

Tədbir bədii hissə ilə yekunlaşıb.

# 2291 dəfə oxunub

Müəllifin son yazıları

# # #