Üç-dörd kəlməlik şedevr - Bazar Oxusu

Üç-dörd kəlməlik şedevr - <span style="color:red;">Bazar Oxusu
28 aprel 2019
# 12:11

Kulis.az “Bazar oxusu” layihəsindən Cəmal Sürəyanın “Fotoşəkil” şeirini təqdim edir.

Dayanacaqda üç nəfər

Kişi qadın və uşaq

Kişinin əlləri ciblərində

Qadın uşağın əlindən tutmuş

Kişi hüznlü

Hüznlü şərqilər kimi hüznlü

Qadın gözəl

Gözəl xatirələr kimi gözəl

Uşaq gözəl xatirələr kimi hüznlü

Hüznlü şərqilər kimi gözəl

# 2229 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #