Qara paltarı qadın – QISA HEKAYƏLƏR

Qara paltarı qadın – QISA HEKAYƏLƏR
3 fevral 2017
# 11:00

Kulis.az Vüqar Abdiyevin qısa hekayələrini təqdim edir.

Hədiyyə

4 yaşlı qızcığazın sevinərək aldığı ilk hədiyyəsi idi, atasının şəhid medalı. Bir də xəyalındakı gəlinciyə bükəcəyi əlvan parça: göy, qırmızı, yaşıl rəngli.

Əsgər andı

Bir uşaq dayanıb hərbi geyimdə, əsgər salamı verir. Düşüncəsi qarışıq, amma qürurlu:

- Yoldaş mayor, Vətən əmanətimdir.

- Azad... Əsgər Musazadə! Unutma, Vətən səngərdən sərhəd dirəklərinə qədərdir!

Qara paltarlı qadın

Bir göz qırpımında kirpikləri qara sürməsini göz yaşında isladaraq çöhrəsinə bəxtini yazırmış kimi yayıldı. Bu yazını ancaq O oxuya bildi: “Get Raquf, get! Sənin üçün Vətən eşqi bütün eşlərdən üstündür!”

Torpağın üstü

- Ata, gəl oynayaq!

İlqar, bağçaya geçikirsən, palçığa girmə, tez elə, düş hasardan!

- Ata, torpağın üstündə durma, daşın üstündə dur! Torpağı düşmənlər alıb!

# 1112 dəfə oxunub

Müəllifin son yazıları

# # #