AYB Lənkəran bölməsində RÜSVAYÇILIQ

AYB Lənkəran bölməsində RÜSVAYÇILIQ
7 may 2014
# 14:45

Azərbaycan Yazıçılar Birliyinin qurultayına nümayəndə seçilməsi ilə bağlı növbəti qalmaqal baş verib.

Bu barədə şair Bilar Alarlı öz Facebook səhifəsində yazıb:

“AYB Lənkəran bölməsində qalmaqallı bir gün. Qurultaya nümayəndələr birlik üzvləri tərəfindən seçilmədi, bölmə sədri İltifat Saleh tərəfindən təyin olundu. Bölgənin Lerik rayonundan nümayəndə "təyin etmək" isə "ağsaqqal" tərəfindən sadəcə yaddan çıxdı. Ən rüsvayçı hal isə budur ki, yığıncaqda bölgədə yaşayan yüzə yaxın AYB üzvündən cəmi 15 nəfər iştirak edirdi, onlar da ədalətsiz seçimə etiraz olaraq yığıncağı vaxtından qabaq tərk etdilər”.

Xatırladaq ki, bu, AYB qurultayı ilə bağlı bizə məlum olan ikinci qalmaqaldır. Analoji hadisə AYB-nin Sumqayıt şöbəsində baş vermişdi...

# 3023 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #