Mənsur Matt: “Kül olmuş şam ağacları”-Ən qısa hekayə

Mənsur Matt: “Kül olmuş şam ağacları”-Ən qısa hekayə
26 dekabr 2013
# 14:00

Kulis.az Mənsur Mattın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Kül olmuş şam ağacları” (442 işarə) hekayəsini təqdim edir.

Bu ilin bu günü müqəddəs tarixə təsadüf edirdi.

Saqqalını ağappaq boyayıb güzgüdə əksinə baxdı. İstədiyi kimi alınmışdı. Sevimli və nurani. Vaxt itirmək olmazdı, yola düşüb işinə qoyuldu.

Böyük qüllədə saat 23:58-i göstərirdi. 50-dən artıq qapını döyüb, hardasa 63, ya da 67 uşağı öpüb sevindirmiş, hamısına da oyuncaq paylamışdı.

Xırda ulduzlar yapışdırılmış qırmızı torbasını qatlayıb kəmərindən asdı. Sonra əlini salıb döş cibindən telefonu çıxartdı, kodu yığdı və “Allahu-əkbər!” deyib “Yes” düyməsini sıxdı.

# 2206 dəfə oxunub

Müəllifin son yazıları

# # #