Qəlbinur Abdullayev: “Alacaqaranlıq”-Ən qısa hekayə

Qəlbinur Abdullayev: “Alacaqaranlıq”-Ən qısa hekayə
25 dekabr 2013
# 11:02

Qəlbinur Abdullayev: “Alacaqaranlıq”-Ən qısa hekayə

Kulis.az Qəlbinur Abdullayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Alacaqaranlıq” (500 işarə) hekayəsini təqdim edir.

Yaşamaq...Öz bildiyin doğrularlamı? Başqalarının sənə təlqin etdiyi öz doğrularıylamı? Ya da böyük bir kütlənin doğrularıylamı? Hər kəs öz yolunu seçir və bir yol seçə bilməyən insanlar: yaşamaq bizim üçünmü çətin, məşəqqətli onlar üçünmü asan və yaşanacaq?! Bəlkə bir yolu olmamağın, həyatı axışına buraxmağın özü də bir yoldur? Və “yolunu tapmışlar” arasındakı fikir ayrılıqları: xoşbəxtliyimizə əngəl olan. Bəlkə də bir yol seçməkdənsə fikirləşməsək, özümuzü rüzgarın axışına buraxsaq biz və dünya daha xoşbəxt olardı. Bəlkə bu alacaqaranlıqdan qurtulmağın tək yolu elə budur.

# 1605 dəfə oxunub

Müəllifin son yazıları

# # #