Rəşad Cəfərov: "Allaha şikayət ərizəsi" Ən qısa hekayə

Rəşad Cəfərov: "Allaha şikayət ərizəsi" Ən qısa hekayə
17 dekabr 2013
# 14:00

Kulis.Az Rəşad Cəfərovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Allaha şikayət ərizəsi” (500 işarə) hekayəsini təqdim edir.

Masanın üstü müxtəlif idarələrə yazılan şikayət məktubları ilə dolu idi. Onun son ümidi Allaha qalmışdı. Qələminin rəngi bu məktubu bitirməyə çatardı, çatmazdı onu da Allah bilirdi. Son kağızını götürüb yazmağa başladı:

“Ey ALLAH! Yaratdığın bu dünyanın mizanını bəndələrin pozublar, xəbərin olsun! Yəqin ki, Sənin bu olanlardan xəbərin yoxdur, yoxsa belə Allahsızlıq olmazdı. Xəbərin olsun ki, bu dünyada atalar qızlarını zorlayır, oğullar analarını qətlə yetirir, namussuzlar namusdan, şərəfsizlər şərəfdən dərs keçirlər....”

İsrafilin surunun səsi onu yazısından ayırır...

# 2367 dəfə oxunub

Müəllifin son yazıları

# # #