Sən axı bilmirsən... – GÜNÜN ŞEİRİ

Sən axı bilmirsən... – GÜNÜN ŞEİRİ
7 sentyabr 2017
# 10:48

Kulis.az “Günün şeiri” layihəsindən Şəhriyar del Geraninin “Sentyabr” şeirini təqdim edir.

Sentyabr şeiri

sən axı bilmirsən

üzünnən irağ –

it kimi darıxmağ nə təhər olur...

sən axı bilmirsən

sənin yoxluğun

hamıdan, hər şeydən

beş-betər olur.

sən axı bilmirsən

əlim qurusun –

sənə açmadığım zəng zəhər olur...

günəş zəhər olur

gün zəhər olur,

yağış zəhər olur

yol zəhər olur,

bir qurtum arağla

bir siqaretlə

gecələr uzanır

taa... səhər olur...

sən axı bilmirsən

hardan biləsən

üzünnən irağ –

it kimi darxımağ nə təhər olur...

# 3418 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #