Giririk kilsəyə... nikah... xaç suyu... – GÜNÜN ŞEİRİ

Giririk kilsəyə... nikah... xaç suyu... – <span style="color:red;">GÜNÜN ŞEİRİ
23 iyun 2017
# 12:30

Bu gün görkəmli rus şairə Anna Axmatovanın doğum günüdür. Kulis.Az bu münasibətlə onun “Ayrıla bilmirik” şeirini təqdim edir.

Ayrıla bilmirik, bu bizlik deyil,

Gəzirik yollarda çiyin-çiyinə.

Artıq toran düşür, günəş əyilir,

Sən öz aləmində, mənsə lal yenə.

Giririk kilsəyə... nikah... xaç suyu...

Rəhmət oxuyurlar bir də ölüyə.

Çıxırıq... qəlbimi cavabsız qoyur,

Bir sual: bizimki alınmır niyə?

Ya da məzarlığa çökmüş qar üstə

Əyləşib dəririk nəfəsimizi.

Əbədi cütlükdə yaşatmaq istər,

Çubuqla cızdığın otaqlar bizi.

Tərcüməçi: Nəriman Qasımoğlu

# 1426 dəfə oxunub

Müəllifin son yazıları

# # #