Tərcümə Mərkəzinin saytı 7 dildə fəaliyyət göstərəcək

Tərcümə Mərkəzinin saytı 7 dildə fəaliyyət göstərəcək
8 dekabr 2014
# 16:44

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin saytı (aztc.gov.az) 9 dekabr tarixindən 7 dildə fəaliyyət göstərəcək.

Yaradıldığı gündən Azərbaycan, ingilis və rus dillərində yayımlanan sayt bu tarixdən etibarən ispan, ərəb, fars və türk dillərində yayımlanacaq.

Mərkəzin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının (xezerjurnali.az) və “Aydın yol” qəzetinin (aydinyol.az) saytları da internet istifadəçilərinin ixtiyarına verilib.

# 1040 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #