Alovlu Ülviyyə: “Kimdir bəxtəvər?”-Ən qısa hekayə

Alovlu Ülviyyə: “Kimdir bəxtəvər?”-Ən qısa hekayə
24 dekabr 2013
# 15:00

Kulis.az Alovlu Ülviyyənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Kimdir bəxtəvər?” (376 işarə) hekayəsini təqdim edir.

Beyin:

- Nədir, ay Ürək, yenə niyə ağlayırsan?

- Yenə fəraq düşdü araya, hicranın acısını çəkirəm – deyə, ürək hönkür-hönkür ağlamaqda davam edir.

- Ehh, bəxtəvər, sən barı sevginin nə olduğunu bilirsən – deyə, Beyin xəyal edir - Mən bunun nə olduğu heç təsəvvür belə edə bilmirəm. Kaş, mənim də ürəyim olaydı, mən də sevə biləydim...

- Ahh, kaş mənim də sənin kimi ağlım olaydı, inan, heç sevməzdim... – deyib Ürək qan ağlayan yaralarına sığal çəkir.

# 4074 dəfə oxunub

Müəllifin son yazıları

# # #