Ramin Qasımov: “Küçənin monoloqu” - Ən qısa hekayə

Ramin Qasımov: “Küçənin monoloqu” - Ən qısa hekayə
22 dekabr 2013
# 00:00

Kulis.az Ramin Qasımovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Küçənin monoloqu” (486 işarə) hekayəsini təqdim edir.

Hər kəs, birdən-birə insan olmaq qərarına gəlmişdi, hər kəs yaxşılıq etmək istəyirdi, amma heç kəs yolun kənarındakı, beton səkinin üzərində uzanmış, soyuqdan yanaqları qızaran uşağı görmək istəmirdi. Uşaq unutmuşdu ki, bura Fələstin deyil, Bakıdır, burda uşaqların başına "ən yaxşı" halda qar yağır, bomba deyil. Küçədə dolaşan insanlar isə unutmuşdular ki, həyat, televizorda gördüklərindən deyil, küçədə görmək istəmədiklərindən ibarətdir. Yaxın Şərqdə uşaqları öldürənlərə lənət oxuyanların, küçədə ölümün ağuşuna atdıqları uşaqlardan xəbərləri yox idi.

# 3810 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #