Turan Şükürova: “Təbrizə gedərkən”-Ən qısa hekayə

Turan Şükürova: “Təbrizə gedərkən”-Ən qısa hekayə
20 dekabr 2013
# 20:00

Kulis.az Turan Şükürovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Təbrizə gedərkən” (468 işarə) hekayəsini təqdim edir.

- Təbrizə neçəyə apararasız?

- Neçə nəfərsiz?

- Dörd.

- 5 min tümən.

- Yaxşı.

Şoferin yanında oturan sözə başlayır .

- Yan qonşunuza yaman kömək edir dövlətiniz.

- Sizinkinin də İsraillə arasından su keçmir. Hm, bu da sizin məşhur Qarabağ.

Şofer barmağı ilə yolun o biri tərəfini göstərir.

Dönüb baxıram.

- Bir dəqiqə maşını saxla.

Ətəyində xaraba evlər, başında qara buludlar olan dağlar idi qarşımda dayanan. Kədərli və vüqarlı...

- Gəl otur maşına. Görmürsən, sənə baxa-baxa əsgərlər gəlib yığılır ora?

- Niyə narahatdılar ki?

- Dağlara baxdığın üçün...

# 1865 dəfə oxunub

Müəllifin son yazıları

# # #