Arzu Allahyarova: “Milli Qəhrəman”-Ən qısa hekayə

Arzu Allahyarova: “Milli Qəhrəman”-Ən qısa hekayə
20 dekabr 2013
# 18:00

Kulis.az Arzu Allahyarovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Milli Qəhrəman” (451 işarə) hekayəsini təqdim edir.

Samovarın üstündə cızıldayan çaydandan tez-tələsik dörd stəkan çay süzdü. Eyvanda kəndin igidləri və ağsaqqallarına cəbhə xəttini təkbaşına yarıb düşmənin 140 əsgərini necə öldürdüyünü danışan gizir oğlunun söhbətinə qulaq asmağa tələsirdi. Bu yaxınlarda ona “Milli Qəhrəman” adı veriləcəkdi.

Çayları qonaqların qarşısına qoyub yan otağa, göz aydınlığı verməyə gələn qadınların yanına keçdi.

Yenicə oturmuşdu ki, əri səslədi: Əzizim, yuxulamısan qalx… Hə, bir də “Oğlumuza Milli Qəhrəman adı verildi, ölümündən sonra!”

# 2099 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #