Pərviz Hacıyev: “Sonun başlanğıcı”-Ən qısa hekayə

Pərviz Hacıyev: “Sonun başlanğıcı”-Ən qısa hekayə
20 dekabr 2013
# 15:00

Kulis.az Pərviz Hacıyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Sonun başlanğıcı” (476 işarə) hekayəsini təqdim edir.

... və birdən qapı döyüldü.

“ Yer üzünün bütün yaşanmışları yox olub, həyatlar sönərkən, cəmiyyətin yararsız, yarımçıq, beyninin məhdud qismi çalışan və bu günə qədər varlığı heç hiss olunmayan nümayəndəsi uzaq bir yerdə yerləşən daxmacıqda qorxmuş halda qapını açdı. Qarşısında sanki onun illərdir gözlədiyi-hər şeyi ilə, hər yönü ilə ona bənzəyən arzularının qadını durmuşdu.

Qadın sakitcə keçib oturdu. Kişi küncdə topalanmış çürük almalardan birini uzadaraq soruşdu :

- Adın nədir ?

- Xatırlamaq istəmirəm, Həvva olsunmu? “

Sonuncu Adəm oturmuşdu və...

# 2960 dəfə oxunub

Müəllifin son yazıları

# # #