Səkinə Məmmədova: ““Oğul” anası”-Ən qısa hekayə

Səkinə Məmmədova: ““Oğul” anası”-Ən qısa hekayə
19 dekabr 2013
# 16:00

Kulis.az Səkinə Məmmədovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi ““Oğul” anası” (442 işarə) hekayəsini təqdim edir.

Həyəcanlı idi. Oğlu onu gəlini ilə tanış edəcəkdi. Bu günü necə gözləyirdi. Axır ki, oğlunu evləndirəcək, nəvə sevəcəkdi. Qız nəvənin xəyalını qururdu həmişə.

Birdən ərinin onu xəstəxanaya apararkən “ya oğlum olacaq, ya oğlum” deməsini xatırladı, sonra ağlaya-ağlaya qucağında oğlan uşağı ilə xəstəxanadan çıxmasını, arxaya çevrilib-çevrilib xəstəxana qapısına baxmasını...

... Gəlinini tanıdı o gün ana. Sonra elçilik. Elçilikdə onunla eyni gün oğlan dünyaya gətirən ananı gördü ana.

“Oğluna” qızını alacaqdı.

# 2727 dəfə oxunub

Müəllifin son yazıları

# # #