Yeganə Tağıyeva: “Ürəyimin naxışı”-Ən qısa hekayə

Yeganə Tağıyeva: “Ürəyimin naxışı”-Ən qısa hekayə
18 dekabr 2013
# 23:00

Kulis.az Yeganə Tağıyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ürəyimin naxışı” (495 işarə) hekayəsini təqdim edir.

Xəstəxanadaydı. Uzun, həm də ağır sürən açıq ürək əməliyyatından sonra tibb bacısı palatada növbəti dəfə kardioqramma edirdi. Həkimin, arvadının, qızının, nəvəsinin narahat baxışları kardioqramma aparatından çıxan kağız lentə dikilmişdi. Tibb bacısı aparatdan üstü əyri-üyrü xətlərlə cızılmış lenti kəsəndə nəvəsinin sualı hamını diqqətdən ayırdı:

- Baba bu nədir?

Cavabı qısa oldu :

- Ürəyimin naxışı...

# 3572 dəfə oxunub

Müəllifin son yazıları

# # #