Səidə Haqverdiyeva: “Ağdan qaraya” -Ən qısa hekayə

Səidə Haqverdiyeva: “Ağdan qaraya” -Ən qısa hekayə
18 dekabr 2013
# 00:00

Kulis.Az Səidə Haqverdiyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ağdan qaraya” (343 işarə) hekayəsini təqdim edir.

Ağlı-qaralı dünya Evlərinə gələn həkim xanıma baxıb o, da böyüyəndə ağ xalat geymək, insanları sağaltmaq arzusuna düşmüşdü. Balaca Aydan hətta yuxularında belə özünü ağ xalatlı həkim kimi görürdü.

İllər keçdi. İndi Aydanın xalat geymək arzusu həyata keçmişdi. Lakin, bu xalatın rəngi ağ yox, qaraydı. Xalatın döş cibində həkim loqosu yerinə nömrə yazılmışdı-bütün qadın məhbuslarında olduğu kimi...

# 3686 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #