Cavid Cabbaroğlu: “Oğluma nəsihət”-Ən qısa hekayə

Cavid Cabbaroğlu: “Oğluma nəsihət”-Ən qısa hekayə
16 dekabr 2013
# 16:00

Kulis.az Cavid Cabbaroğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Oğluma nəsihət” (172 işarə) hekayəsini təqdim edir.

- Səhər məktəbin qabağında sağollaşanda məni öpmə!

- Niyə, ata?

- Sinfinizdə neçə uşağın atası yoxdu?

- Yeddi.

- Sən istəyərsən onlar sənin məni öpməyini görüb pis olsunlar?

- Yox.

- Onda öpmə məni!

- Yaxşı.

# 3636 dəfə oxunub

Müəllifin son yazıları

# # #