Simran Qədimov: “Aldadıcı həqiqət”-Ən qısa hekayə

Simran Qədimov: “Aldadıcı həqiqət”-Ən qısa hekayə
16 dekabr 2013
# 15:00

Kulis.az Simran Qədimovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Aldadıcı həqiqət” (464 işarə) hekayəsini təqdim edir.

Orta yaşlı adam ucsuz-bucaqsız dənizin ortasında idi. Axırıncı iki saat ərzində o, gözlərini yumaraq sakitcə uzanmışdı. Nə qədər qəribə səslənsə də, son anlarını yaşayan bu şəxs tək bir damcı su içmək üçün indi hər şeyindən keçərdi. Uzun müddət qızmar günəş altında irəliləmiş, lakin nəticə əldə etməmişdi. Gücü kimi ümidinin də tükəndiyi məqamda yerə yıxılıb ailəsinin xəyalını görmüşdü. Bilirdi ki, heç vaxt onların yanına qayıtmayacaq. Elə burdaca öləcək. Hava qaralmağa başladı. Günəş artıq səhranı öz qızmar şüası ilə işıqlandırmırdı...

# 2739 dəfə oxunub

Müəllifin son yazıları

# # #