Sənəd qoy, kitab götür - İLK DƏFƏ

Sənəd qoy, kitab götür - <span style="color:red;">İLK DƏFƏ
6 iyun 2017
# 10:34

“Oxu Azərbaycan” layihəsi fəaliyyətə başlayır.

Lahiyənin rəhbəri Fəxi Laçınlının Kulis.Aza verdiyi məlumata görə, oxucular layihədə pul ödəmədən şəxsiyyət vəsiqəsini girov qoymaqla kitabları aparıb oxuya biləcək.

Fəxi Laçınlı həmçinin bildirib ki, “Oxu Azərbaycan” layihəsi Bakıda və digər rayonlarda da baş tutacaq. Məqsəd bölgələrdə kitaba marağı artırmaq və mümkün qədər daha çox oxucu qazanmaqdır.

Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində xüsusi yerlər seçiləcək, kitablar yerləşdiriləcək. “Oxu Azərbaycan”da iştirak etmək istəyənlər kitab hədiyyə etməklə layihəyə qoşula bilərlər.

# 1038 dəfə oxunub

Müəllifin son yazıları

# # #