Portsiqar – “İsa Hüseynovun hekayəsi”

Portsiqar – <span style="color:red;">“İsa Hüseynovun hekayəsi”
18 avqust 2016
# 21:00

Bu gün isa Hüseynovun doğum günüdür. Bu münsibətlə yazıçının “Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda adı çəkilənPortsiqar” hekayəsini təqdim edirik.

Ağappaq alüminiumdan, naxışsız-filansız, adi, yüngül, gözəl bir portsiqardı...

Yaş altmışa çathaçatdı, yerişim ağırlaşmışdı, nəfəsim çətinləşmişdi və necə deyərlər, canımı dişimə tutub papirosu tərgitmişdim, amma o adi, gözəl portsiqarı elə cibimdə saxlayırdım. Papirosu tərgidənlərdən kimisi təsbeh çəkir, kimisi saqqız çeynəyir, kimisi də “simişka”dan, tumdan-zaddan doldurur cibinə, çənəsi işləsin, başı qarışsın, papirosu yaddan çıxartsın. Mən isə yazda, yayda pencəyimin cibində, payızda plaşımın, qışda paltomun cibində gəzdirirdim o portsiqarı. Sağ əlim portsiqarımın gümüş kimi hamar, sərin üzünə elə alışmışdı ki, barmaqlarımın ucları ilə o hamarlığı, o sərinliyi sığallayanda elə bilirdim ruhumu sığallayıram. Bəzən hətta ayaq üstdə mürgüləyirdim.

Bədbəxtlik üz verdi, itirdim portsiqarımı. Orda portsiqar, burda portsiqar, yerdə portsiqar, göydə portsiqar! Yoxdu ki, yoxdu. Ay gələn, ay gedən, ay qardaş, ay əmi, ay dayı, bəlkə kim isə götürüb portsiqarımı?! Portsiqar nədi? “Morlbora” siqareti zəmanəsində kimə lazımdır sənin alüminium portsiqarın?! Necə deyərlər, yağlı kömbə oldu, yoxa çıxdı. Aymı keçdi, ilmi keçdi? Nə bilim? Qanım qara, yerişim ağır, nəfəsim dar, gəzib-dolanırdım, qayıdırdım evə. Arvaddan-uşaqdan kim qapını açırdı, birinci sözüm “portsiqar” olurdu. Özüm isə hiss eləyirdim ki, deyəsən, axı, bir az o söz - sarsaqlamışam? Bəzən hətta şübhəyə düşürdüm. Allah göstərməsin, əməlli-başlı dəlilikdir ki bu! Xüsusən, qohum-əqrəbadan kim isə dodaqlarımın tərpənişində “portsiqar” görüb qəzəblə üzünü yana döndərəndə lap pis olurdum. Qonaqlıqda: “Portsiqar gəldi“, “Portsiqar getdi!” Xeyirdə, şərdə: “Privet, portsiqar!”, “Necəsən, portsiqar?!” Qısası, hamı bu fikirdə idi ki, mənimki də elə buna - “portsiqar”a qədərmiş, daha qurtardı hər şey!.. Tək bir nəfər, “Bank” deyiləndə işləyən, xoşxasiyyət, gülərüz, yeyən-içən bir qohumum məndən üz döndərmirdi: “Salam, əzizim! Keyfin-əhvalın, əzizim?”, “Qocalma! Həyat şirindi! Yaşa, əzizim!” “Gedək, yüz-yüz vuraq, əzizim!”, “Gəlim, yüz-yüz vuraq, əzizim!” Bir də gördüm... Nə? Nə?! Nə?! Portsiqar! Mənim ağappaq, yüngül, gözəl portsiqarım. Əzizimin ovcunda. Çırıq! Açıldı! Siqaret içində düzüm-düzüm. Yəni on dənəsi sağ qapaqda, on dənəsi sol qapaqda! Əzizim... “Morlbora”nın birini çıxartdı nazik rezinin altından, qoydu damağına, “Morlbora” “zajiqalka”sı ilə yandırdı. Çırıq! Portsiqarım qapandı.

İstər-istəməz əlimi açıb tutdum əzizimin qabağında.

- Nə istəyirsən, əzizim? Sən ki tərgitmisən siqareti?!

- Siqaret istəmirəm. Portsiqarı ver!

- Neynirsən axı?

- A kişi, sən bilmirsənmi mənimdi bu portsiqar?!

- Bilirəm. Niyə bilmirəm? Məndən başqa hamı “Portsiqar” qoyub sənin adına. Bir o qalıb ki, pasport dəyişiləndə adını “Portsiqar” yazdırasan. Ayıbdı, əzizim. Qaldır, sənin sağlığına.

- Sağlığımı istəyirsənsə, portsiqarımı ver!

- Yox, əzizim, vaxtilə sən portsiqara öyrəndiyin təki indi mən öyrənmişəm. Bunun çıkkıltısını eşitməsəm ölərəm.

- Nə?!

- Bə nə!

- Mən də ölürəm axı!

- Bekara-bekara danışma, ölməzsən! Sənin idi, olub mənim!

Qurtardı! Yedik, içdik. Axırda yenə çırıq! Açıldı. Çırıq! Qapandı.

- Sağ ol, əzizim, - dedi.

Getdi portsiqarım. Həmişəlik. Mənimki də buraya qədərmiş. Evə çatanda dodaqlarım öz-özünə açılıb “p” elədi və qapandı. Dedim: “Yəqin gözlərimin qapanmağına da çox qalmayıb...”

İndi siz fikirləşin, tapın görək... İnsan insanı niyə öldürür?!

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

S.Budaqlı "Firuzə qaşlı sırğa"

Ə.Haqverdiyev "Pir"

R.Məcid "10 sentyabr"

A.Məsud "Gecə"

Anar "Nisbət nəzəriyyəsi"

Ş.Ağayar "Möhüş"

A.Məsud "II İohan"

R.Tağı "Tüfəng səsi"

M.Cəfərli "Amerika"

Elçin "Baladadaşın toy hamamı"

M.Cəlil "İki alma"

Anar Yaxşı padşahın nağılı

Elçin "Baladadaşın ilk məhəbbəti"

Rafiq Tağı "Qatilə didaktika dərsləri"

Kamal Abdulla "Parisin seçimi"

M.Cəlil "Rus qızı"

Ş.Ağayar "Gülümsə"

K.Abdulla "Kölgə"

S.Budaqlı "Nisgil"

M.Cəlil “İranda hürriyyət”

Şahmar "Elçilik"

Y.V.Çəmənzəminli "Müsəlman arvadının sərgüzəşti"

İ.Muğanna "Portsiqar"

# 1089 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #