Kasıb uşağın poçtalyona verdiyi sualla varlanması  

Kasıb uşağın poçtalyona verdiyi sualla varlanması  
28 avqust 2015
# 11:33



Metyu oxumağı çox sevir, amma kitab almağa və ictimai kitabxanaya getməyə pulu yoxdur. Vaxtını küçə elanlarını oxumaqla keçirir. Keçən dəfə poçtalyona verdiyi bir sual onun həyatını dəyişdirib. Metyu poçtalyondan oxumaq üçün ondan bir məktub, ya da nəsə yazılı bir şey istəyib. Poçtalyon onu kitab mağazalarına ya da ictimai kitabxanalara yönləndirsə də Metyu pulu olmadığını deyib.

Vəziyyəti başa düşən poçtalyon Facebook səhifəsinə aşağıdakı qeyd yazaraq dostlarından kömək istəyir:


”Facebook dostlarım… Metyu Floreslə tanış olun. Mən bu gün onların məhəlləsində məktubları paylamaq üçün gedəndə Metu reklam elanlarını oxuyurdu. Məndən oxumaq üçün bir məktub istədi. Əslində kitab oxumaq istədiyini də dedi. Mən də ona dedim ki, ictimai kitabxanada pulsuz kitab oxuya bilər. Metyu avtobusa verəcək pulu olmadığını söylədi. Gəlin, 12 yaşlı bu uşağa kömək edək. Ona kitablar göndərək! Onun yaşıdı olan uşaqlar elektron alətlər istəyir, amma o kitab arzulayır. Həvəsini və istəyini görmək üçün ona kömək edəcəyimi söz verdiyimdə gözlərindəki bəxtəvərliyi görməli idiniz.”


Poçtalyon bu çağırışdan sonra Metyuya uzağı 50-60 kitab göndəriləcəyini düşünmüşdü. Amma bu belə olmadı. İngiltərədən tutmuş Avstraliyaya qədər dünyanın hər yerindən Metyuya yüzlərlə kitab göndərildi. Yəqin ki, elə göndərilən qədər də kitab yoldadır. Poçtalyon insanların comərdliyindən heyrətə düşdüyünü deyir.

“Bu kitabların mənə göndərildiyini eşidəndə əvvəl inanmadım, dedim nəsə səhv olub. Sonra gördüm ki, bunlar mənim üçün göndərilib”. Metyu belə deyir. O kitablarını başqa uşaqlarla da bölüşəcəyini deyir və bütün kitabları sətir-sətir oxuyacağına söz verir.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

# # #