Tərxan Paşazadə: “Puluna minnət”-Ən qısa hekayə

Tərxan Paşazadə: “Puluna minnət”-Ən qısa hekayə
25 dekabr 2013
# 12:00

Kulis.az Tərxan Paşazadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Puluna minnət” (346 işarə) hekayəsini təqdim edir.

Hər zaman yazdırırdı... Öz adı ilə çıxardırdı... Puluna minnət! Yazandan başqa heç kəsin bu fırıldaqdan xəbəri yox idi. Bu dəfə də elə oldu.

Artıq “Xalq yazıçısı” fəxri adını almağına bircə addım qalmışdı.

Yazdırdığı hekayəni “Ən qısa hekayə” müsabiqəsinə təqdim etdi. Yazan çox yaxşı yazmışdı. Amma bu dəfə 1-ci ola bilmədi, 2-ci oldu. Çünki “hekayəsini” yazdırdığı adam özü də müsabiqəyə yazı vermişdi...

# 3142 dəfə oxunub

Müəllifin son yazıları

# # #