Orxan Rasimoğlu: "Rəhmətlik nənəm" Ən qısa hekayə

Orxan Rasimoğlu: "Rəhmətlik nənəm" Ən qısa hekayə
24 dekabr 2013
# 19:00

Kulis.Az Orxan Rasimoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Rəhmətlik nənəm” (317 işarə) hekayəsini təqdim edir.

Rəhmətlik nənəm əsl sovet qadını idi. Sovetə bağlı idi , demək olar Kommunist partiyası ilə nəfəs alardı. Heç yadımdan çıxmaz hər il rəhbər Stalinin ölüm günü yasin surəsi oxuyardı və rəhbərin qayıdacağı deyərdi. Hamı elə bilirdi ki , qocalıb artıq ağlı gedib.

Amma mən rəhmətliyi çox yaxşı başa düşürdüm, heç cürə öyrəşə bilmirdi kapitalizmə, kolaya çörək doğrayıb yeyirdi .

# 1629 dəfə oxunub

Müəllifin son yazıları

# # #