Zöhrə Əliyeva: “Daha çox anlayış”-Ən qısa hekayə

Zöhrə Əliyeva: “Daha çox anlayış”-Ən qısa hekayə
18 dekabr 2013
# 00:00

Kulis.Az Zöhrə Əliyevanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Daha çox anlayış” (324 işarə) hekayəsini təqdim edir.

Adamlarla dolu tənhalıq. Cümlələrlə dolu səssizlik. Sükutla dolu çığırtı. Təbəssümlə dolu göz yaşı. Hıçqırıqla dolu ümid. İnamsızlıqla dolu xəyal. Var-dövlət içində aclıq. Kasıblıq içində toxluq. “Getmə” yalvaran gözlər. “Get” qışqıran dil.

(P.S. Bircə söz çox şeyə qadirdir. Təbii ki, anlayana. Anlamayana isə min söz də desən faydasızdır! Bəzən isə sözə də ehtiyac olmur...)

# 3367 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #